21-10-2023, 13:15
Gündəm/Hadisə/Dünya

Fələstin-İsrail müharibəsində 22 jurnalist həlak olub

Fələstin-İsrail müharibəsində 22 jurnalist həlak olub

20-dən çox jurnalist Fələstin-İsrail münaqişəsinin qurbanı olub.

"Kanal14.az" xəbər verir ki, bu barədə Jurnalistlərin Müdafiəsi Komitəsi məlumat yayıb.

"Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4000-dən çox ölənlərin siyahısına azı 22 jurnalistin adı əlavə edilib", - məlumatda deyilir.

Qeyd olunub ki, öldürülən 22 jurnalistdən 18-i fələstinli, üçü israilli, biri isə livanlıdır. 

Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya saxlanılıb.