Gündəm / Hadisə / Dünya

Türkiyədə "Çəmbər-8" əməliyyatı - Beş minə yaxın şəxs saxlanıldı

Türkiyədə

Son 4 gün ərzində Türkiyənin 81 vilayətində "Çəmbər-8" adlı əməliyyat həyata keçirilib. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlayıb. 

Nazirin sözlərinə görə, əməliyyt çərçivəsində axtarışda olan 4951 şübhəli saxlanılıb: "Əməliyyatda 536 oğurluq, 257 fırıldaqçılıq, 101 talama, 55 adam öldürmə, 55 cinsi cinayət şübhəlisi tutulub. Bu şəxslər yollarda, evlərdə və iş yerlərində axtarışlar zamanı yaxalanıb, şəxsiyyətləri müəyyən edilərək məsuliyyətə cəlb olunub".