Gündəm / Sosial

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
DİA.AZ: - 2021-ci il mart ayının 12-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 36 cinayətin üstü "isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılmışdır.