Gündəm / Siyasət

"Sülhməramlılar Qarabağda heç nə etməyiblər" - Simonyan


"Sülhməramlılar Qarabağda heç nə etməyiblər".

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb. 

Onun sözlərinə görə, Ermənistan üçün danışıqların hansı platformada aparılmasının əhəmiyyəti yoxdur: "Önəmli olan odur ki, fəal platforma olsun. Rusiyanın reaksiyası daha çox vəziyyəti öz əlində saxlamağa çalışmaq versiyasına bənzəyir, vəziyyəti uzun müddət əvvəl buraxdığını dərk etmir. Siyasi platformalarda tez-tez təmasları və münasibətlərdəki gərginliyi azaltmaq üçün ikili standartların olmasının səbəbi də budur. 

Rusiya regionda 9 noyabr sənədinin nə tərəfdaşı, nə də qarantı kimi öz funksiyalarını yerinə yetirməyib. Sülhməramlılar nə edirdilər, erməniləri "Artsaxdan" çıxarırdılar".