Gündəm / Sosial

"Sülhməramlılar ora öhdəliklərini yerinə yetirməyə yox, bizimlə məzələnməyə gəliblər" - Millət vəkili

"Sülhməramlılar ora öhdəliklərini yerinə yetirməyə yox, bizimlə məzələnməyə gəliblər" - Millət vəkili

 

 

Kanal14.az: - Ötən ilin sentyabrın 27-də 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Qarabağda hərbi əməliyyatların dayandırılması üçün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli bəyannamə imzalandı. Bu bəyannaməyə uyğun olaraq bölgədə sülhün qorunması Rusiya-Türkiyə sülhməramlılara tapşırılıdı. Lakin Tovuz, Şuşa, Naxçıvan, Ağdam və Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsi pozulması Rusiya sülhməramlıların 10 noyabr bəyannaməsinə uyğun olaraq sülhün qorunması istiqamətində üzərlərinə götürdükləri öhdəliyi lazımınca yerinə yetirmədiklərini göstərir. Əgər bölgədə atəşkəsə nəzarət edib, erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxara bilmirlərsə o zaman Rusiya sülhməramlıların Qarabağda nə işi var?

Məsələ ilə bağlı açıqlama verən deputat Aqil Abbas bildirib ki:

 

"Rusiya sülhməramlıların yerləşdiyi ərazidə erməni silahlı qüvvələrinin Azərbaycan ordusuna atəş açması bizdə müəyyən sualların yaranmasına səbəb olur. Ötən il noyabrın 10-da imzalanan bəyanaməyə uyğun olaraq Rusiya sülhməramlıları Azərbaycan torpaqlarındakı Ermənistan silahlı qüvvələrini çıxarmalı idi. Amma son bir neçə gündə baş verənlər onu göstərir ki, Qarabağda hələ də erməni diversantları qalmaqdadır. Belə çıxır ki, sülhməramlıları ora ona görə yerləşdiriblər ki, biz atəş aça bilməyək və ermənilər də rahat şəkildə bizimlə məzələnsinlər. Belə olan halda Rusiya ordusu Qarabağa sülhməramlı məqsədlə gəlməyib. Bu gün hələ də Qarabağda Ermənistanın silahlı qüvvələri qalmaqdadır. Hesab edirəm ki, biz Rusiya sülhmərəmlıların qarşısına 10 noyabr bəyannaməsinə əməl etmələri üçün şərt qoymalı və lazım gələrsə Laçın dəhlizini də bağlamalıyıq. Əgər sülhməramlılar bəyannaməninin şərtlərinə əməl etmirlərsə ərazilərimizdən çıxıb getsinlər".//sonxeber.az