Gündəm / Siyasət / Cəmiyyət

Ermənistan və Hindistan parlamentinin sədrləri Laçın dəhlizinin bağlanmasından yaranan böhranı müzakirə ediblər

Ermənistan və Hindistan parlamentinin sədrləri Laçın dəhlizinin bağlanmasından yaranan böhranı müzakirə ediblər

"Kanal14.az” Armenpress-in məlumatına əsasən xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Bəhreyndə Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində Hindistan parlamentinin sədri Şri Om Birla ilə görüşüb.

Verilən məlumata görə , iki ölkə arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın zəruriliyi ilə bağlı prioritetlər müzakirə edilib Simonyan bildirib ki, Hindistan parlamentində Ermənistanla dostluq qrupunun yaradılmasını səbirsizliklə gözləyir.

"Ermənistan müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə, ticarət, nəqliyyat və rabitə, səhiyyə, kənd təsərrüfatı, mədəniyyət, elm və təhsil, informasiya və yüksək texnologiyalar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıdır».

Regionda təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub. Laçın dəhlizinin bağlanması nəticəsində yaranan böhran və onun həlli zərurətindən də danışılıb.

Simonyan qeyd edib ki, 2021-ci il mayın 12-dən Azərbaycan silahlı qüvvələri üç dəfə Ermənistan Respublikasının ərazi bütövlüyünü pozaraq Ermənistanın suveren ərazisinə qanunsuz müdaxilə edib. O bildirib ki, Ermənistan Hindistan Xarici İşlər Nazirliyinin Azərbaycan ordusunun Ermənistan Respublikasının suveren ərazisindən çıxarılmasına dair mövqeyini yüksək qiymətləndirir.

Kanal14.az
Ulduz Talıblı