Gündəm / Dünya

İsrail Qəzzaya humanitar yardımları qadağan etdi

İsrail Qəzzaya humanitar yardımları qadağan etdi

İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına humanitar yardımın daxil olmasını qadağan edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. 

"İsrail işğalçı qüvvələri bu gün Rəfah sərhəd-keçid məntəqəsində fəaliyyət göstərən bütün təşkilat və strukturları məlumatlandırıb ki, Misirdən Qəzza zolağına humanitar yardım aparan yük maşınlarının bu gündən başlayaraq növbəti xəbərdarlığa qədər keçidi qadağandır", - məlumatda deyilir.