Gündəm / Siyasət / Dünya

"Rifah Sərhəd Qapısı yenidən açılacaq" - Blinken


ABŞ dövlət katibi Antoni Blinken Misir və Qəzza arasındakı Rəfah Sərhəd Qapısının yenidən açılacağını açıqlayıb. Blinken Qəzzaya yardımların çatdırılması üçün BMT, Misir, İsrail və digər ölkələrlə mexanizm qurulacağını bildirib.

"Kanal14.az" xəbər verir ki, Blinken Misir səfərini başa vurarkən mətbuata açıqlama verib.

Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə çox yaxşı görüş keçirdiyini bildirən Blinken Misirin Qəzza xalqına əhəmiyyətli yardımlar etdiyini deyib.

Bu gün "ABŞ-ın Yaxın Şərq humanitar məsələlər üzrə xüsusi nümayəndəsi” vəzifəsinə təyin edilən səfir David Satterfieldin də buna diqqət yetirdiyini bildirən Blinken, "Texniki detalları tənzimləmək üçün sabah yerində olacaq” deyərək vurğulayıb.

İsrail oktyabrın 10-da Qəzza zolağının Misirə açılan yeganə qapısı olan Rəfah Sərhəd Qapısı ətrafındakı əraziyə "tam blokada" əmri verdikdən və elektrik və su xidmətlərini kəsdikdən sonra vurub.