ABŞ dövlət katibi Antoni Blinken Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı açıqlama  yayıb. 

"Kanal14.az"  xəbər verir  ki,  o, açıqlamada Rusiyanın Ukraynanı işğal etmək üzrə olduğunu bildirib.

"Rusiyanın Ukraynaya təcavüzü ssenarisi irəliləməkdə davam edir. Lakin mən hələ də diplomatiyanın müharibənin qarşısını almaq şansına malik olduğuna inanıram", - deyə  Blinken qeyd edib.