Gündəm / Siyasət / Dünya

"Ukrayna işğal edilən ərazilərin yarıdan çoxunu geri qaytarıb" - Blinken


ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. 

"Kanal14.az" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden və ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.

"Bütün bunlar azadlığın gələcəyini xilas etmək üçündür. Amerika bundan heç vaxt geri çəkilməyəcək", - deyə Bayden bildirib.

ABŞ dövlət katibi Entoni Blinken qeyd edib ki, yeni hərbi yardım paketi Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatlarına yeni təkan verməlidir: "Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin yarıdan çoxunu geri qaytarıb. Bu gün təsdiqlənən yeni yardım Ukraynanın tərəqqisini dəstəkləyəcək və ona daha da təkan verəcək".

Blinken həmçinin deyib ki, hərbi yardım paketinə Ukraynanın indi və qışda Rusiyanın hava hücumlarına qarşı müdafiəsini gücləndirmək üçün əlavə sursatlar daxildir.