"Kanal14.az" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti açıqlayıb. 

"Rusiya Prezidentinin tapşırığına uyğun olaraq və Rusiya Federasiyası Hökuməti adından Fövqəladə Hallar Nazirliyinin aviasiyası Qəzza zolağının əhalisinə humanitar yardım çatdıracaq. İl-76 xüsusi təyinatlı təyyarəsi Moskva yaxınlığındakı Ramenskoye aerodromundan El-Ariş hava limanına qalxıb", - məlumatda deyilir.

Yükə 27 ton ərzaq daxildir: un, şəkər, düyü və makaron. Yüklərin boşaldılmasından sonra yardım Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək və Qəzza zolağına çatdırılacaq.