Gündəm / Dünya

İran Suriyada zəlzələdən zərərçəkənlərə yardım etmək üçün 14-cü humanitar təyyarə göndərib

İran Suriyada zəlzələdən zərərçəkənlərə yardım etmək üçün 14-cü humanitar təyyarə göndərib

"Kanal14.az" "Tasnim"ə istinadən xəbər verir ki, İran İslam Respublikası son zəlzələlərdən zərər çəkənlərə yardım göstərmək üçün Suriyaya 14-cü humanitar təyyarə göndərib.

İranın Hələbdəki baş konsulu Salman Navvab Nurinin sözlərinə görə, təxminən 20 metrik ton ərzaq və süd tozu olan təyyarənin yükü çərşənbə günü Hələbin beynəlxalq hava limanına çatıb.

İran bundan əvvəl Dəməşqə üç, Latakiyaya isə bir o qədər humanitar təyyarə göndərmişdi. Bundan əlavə, zəlzələdən zərər çəkənlərə dəstək olmaq üçün Hələbə daha 7 təyyarə göndərilib.

Fevralın əvvəlində Suriyada və qonşu Türkiyədə baş verən zəlzələlər nəticəsində Suriyada ən azı 5840 nəfər ölüb, on minlərlə insan yaralanıb. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, Suriyada 8,8 milyon insan zərər çəkib.

Kanal14.az
Jalə Əsədova