Gündəm / Siyasət / Dünya

ABŞ-dan türk xalqına dəstək

ABŞ-dan türk xalqına dəstək

"Kanal14.az” "Sozcu” qəzetinə istinad edərək xəbər verir ki,ABŞ Konqresinin Nümayəndələr Palatasında Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək verən və Suriyada Əsəd rejiminin Birləşmiş Millətlər Təşkilatının (BMT) yardımının zəlzələdən zərər çəkənlərə çatmaması üçün göstərdiyi səyləri pisləyən qətnamə layihəsi qəbul edilib. Eyni zamanda Türkiyəyə daha çox yardəm göstərmək qərara alınıb.

Cənubi Karolina ştatının nümayəndəsi, respublikaçı siyasətçi Co Vilson səsvermə öncəsi çıxışında Türkiyədə çoxlu sayda insan həyatının itirdiyinə, evsiz qalmasına diqqət çəkib. Türkiyə xalqına başsağlığı verən Vilson, NATO üzvü Türkiyənin hər zaman dəstəklənməsi lazım olduğunu ifadə edərək, Türkiyənin Koreya müharibəsinə verdiyi töhfəni xüsusi olaraq, qeyd edib və bunu heç vaxt unutmamağı vurğulayıb.

Kanal14.az
Nizami Təhməzov