Gündəm / Hadisə / Dünya / İdman

Kristian Atsu Türkiyədə zəlzələdən sonra ölü tapılıb - agent

Kristian Atsu Türkiyədə zəlzələdən sonra ölü tapılıb - agent

Futbolçu Kristian Atsunun Türkiyədə baş verən zəlzələdən təxminən iki həftə sonra evinin dağıntıları altında ölü tapıldığını onun mətbuat xidməti təsdiqləyib.

"Kanal14.az" BBC-yə istinadən bildirir ki, 31 yaşlı Qanalı futbolçu Premyer Liqa təmsilçiləri "Everton", "Çelsi" və "Nyukasl"da çıxış edib.

Atsu fevralın 6-da Hatay şəhərində mənzilinin uçmasına səbəb olan zəlzələdən sonra itkin düşmüşdü.

Onun klubu "Hatayspor" əvvəlcə onun "zədə ilə" xilas edildiyini bildirsə də, bir gün sonra bu mövqe dəyişdi.

Onun mətbuat xidməti Nana Sechere şənbə günü Tvitter səhifəsində yazıb: "Bütün xeyirxahlara bildirməliyəm ki, bu səhər Kristian Atsunun cəsədi çıxarılıb".

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fürsətdən istifadə edərək, hər kəsə dualarına və dəstəyinə görə təşəkkürümü bildirirəm".

Atsu 2022-ci ilin sentyabrında Türkiyənin yüksək liqa təmsilçisi "Hatayspor"a keçib və fevralın 5-də Super Liqa matçında qələbə qolunu vurub.

Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən zəlzələlər və afterşokların 40 mindən çox insanın ölümünə səbəb olduğu məlumdur.

Kanal14.az
Kamal Əsgərov