Gündəm / Dünya

ABŞ və BMT zəlzələ ilə bağlı dəstəyini davam etdirəcək

ABŞ və BMT zəlzələ ilə bağlı dəstəyini davam etdirəcək

"Kanal14.az” Türkiyənin "Sozcu.com.tr” saytına istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan zəlzələ ilə bağlı dəstəyin davam edəcəyini bildirib. BMT həmçinin Türkiyə və Suriyaya əlavə yardım göstərməyə hazır olduğunu bəyan edib.

Milli Təhlükəsizlik müşaviri Jake Sullivan, mərkəzi Hatayın Defne rayonunda olan, Türkiyə və Suriyanı təsir edən 6,4 bal gücündə zəlzələdən dərin narahat olduqlarını ifadə edərək, ABŞ-ın bu çərçivədə dəstəyini davam etdirəcəyini bildirib.

"Biz Türkiyə və Suriyanın onsuz da dağılmış bölgələrinə təsir edən zəlzələ xəbərindən dərin narahatıq”, - deyə Sullivan Twitter-də bildirib. Sallivan zəlzələlərə görə ABŞ-ın hərtərəfli dəstəyinin davam edəcəyini vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş fikirlərinin yeni zəlzələlər yaşayan Türkiyə və Suriya xalqının yanında olduğunu bildirib və BMT-nin əlavə yardım göstərməyə hazır olduğunu açıqlayıb.

Quterreş Hatayın Defne rayonunda baş verən 6,4 bal gücündə zəlzələdən sonra sosial media hesabından mesaj paylaşıb. BMT qruplarının vəziyyəti yerində qiymətləndirdiyini qeyd edən Quterreş, "Lazım olarsa, əlavə yardım etməyə hazırıq" deyə, əlavə edib.

Kanal14.az
Nizami Təhməzov