Gündəm / Cəmiyyət

"Vosmoy bazarı" ləğv olunur


Bakıda "Vosmoy bazarı" kimi tanınan ticarət mərkəzi ləğv olunub.

"Kanal14.az" report-a istinadən xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxiçavanski küçəsi, 38 K ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "8-ci km Ticarət Mərkəzi" 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,031 milyon manatdır.