Gündəm / Cəmiyyət

“Dəvəçi Broyler Dərin Emal” MMC ləğv olundu

Dəvəçi Broyler Dərin Emal

"Dəvəçi Broyler Dərin Emal” MMC ləğv olunduğunu elan edib.

Kanal14.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Cəmiyyətin baş ofisinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Dəvəçi Broyler Dərin Emal” MMC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,5 milyon manatdır. Şirkətin təsisçisi "Səba” ASC-dir.