Sosial

Məşhur geyim markası Azərbaycandakı mağazalarını BAĞLAYIR

Məşhur geyim markası Azərbaycandakı mağazalarını BAĞLAYIR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Türkiyənin məşhur mağazalar şəbəkəsinin - "Koton"un Azərbaycandakı şöbələri bağlanır.


Kanal14.az açqılanan rəsmi məlumata istinadən bildirir ki, "Koton Mağazacılık" MMC ləğv olunduğunu elan edib.


Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 87, mənzil 63 ünvanına bildirə bilərlər.


Nizamnamə kapitalı 7850 manat olan "Koton Mağazacılık" MMC 19.02.2013-cü il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Şeyh Şamil Çağlardır.


Onu da bildirək ki, Türkiyədə "Koton Mağazacılık Tekstil Sanayi Ve Ticaret A.Ş." adı ilə fəaliyyət göstərən şirkətin Azərbaycanda bir neçə mağazası, eyni zamanda dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərir.(Yeniavaz.com)