Gündəm / Cəmiyyət / Sosial / Foto / Video

Şəhid Elmaz Hacıyevin anım günü keçirildi - FOTO // VİDEO

Şəhid Elmaz Hacıyevin anım günü keçirildi - FOTO // VİDEO

"DogruXeber.az" xəbər verir ki, ötən gün şəhid Elmaz Elmar oğlu Hacıyevin anım mərasimi keçirilib.
Tədbirdə Xəzər rayon və Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndələri, mətbuat nümayəndələri, şəhid anaları və digər şəxslər iştirak edirdi.

Qeyd edək ki, Elmaz Hacıyev 1994-cü il mayın 9-da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olub.
2020-ci ildə ölkə başçısının sərəncamı ilə qismən səfərbərlik elan edildikdə, Elmaz Hacıyev də səfərbər olaraq, döyüşə yollanıb. O, bir neçə rayonlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Binə qəsəbəsində dəfn olunub.

Ötən gün - 29.11.2023-cü il tarixi isə Elmaz hacıyevin toyunun 5-ci il dönümü idi.
Bəli, Elmaz ailəli idi və onun iki övladı uğrunda canını qurban verdiyi vətənə, xalqa əmanət qaldı.

5 il əvvəl ailə qurarkən Elnaz Elmar Hacıyev və onun xanımı Ziyafət xanımın övladı idi, bu gün isə o, artıq bütün xalqın oğludur. VƏTƏN OĞLUdur. Ötən gün qeyd edilən ildönümü tədbirində peşəsindən , işindən asılı olmayaraq, iştirak edən hər kəs də bunun əyani göstəricisi idi.

Şəhidimizin anası Ziyafət ana və kiçik qardaşı ilə müsahibəmiz zamanı da onlar Elmaz barəsində qururla danışaraq, "biz fəxr edirik, Vətən sağolsun" deyə vurğuladılar.

Bu sözləri övlad itirmiş ananın, qardaş itirmiş qardaşın dilindən eşitməyin özü bambaşqa bir duyğu, bambaşqa bir fəxrdir.

Demək ki, vətən sevgisi bütün sevgilərdən öndə gəlir. Elə Elmaz özü də gənc ailəsinin başsız, iki körpəsinin atasız, anasının Elmazsız qala bilmə ehtimalını gözə alaraq səfərbər olmuşdu. Bu isə o, deməkdir ki, onun üçün də vətən sevgisi daha üstün, daha müqəddəs idi.

Nə qədər ki, vətən sevgisi Elmaz və ailəsində, eləcə də digər şəhidlərimiz və ailələrində olduğu kimi hər sevgidən üstündür, Azərbaycan dünya durduqca müstəqil, qüdrətli dövlət olaraq var olacaq.

Allah bütün şəhidlərimizə rəhmət, yaşayan bütün müharibə iştirakçılarına şəfaətli ömür versin inşallah.
Allah ordumuzu qorusun.

DogruXeber.az