Gündəm / Siyasət / Cəmiyyət / Hadisə / Sosial / Foto / Mədəniyyət / Video

Tarix yazan igidlərin anım günüdür-VİDEO/FOTO

Tarix yazan igidlərin anım günüdür-VİDEO/FOTO

Kanal14.az: - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.


Bəli, 27 sentyabr 2020-ci il, 

Azərbaycan tarixinə qanla yazılmış daha bir səhifə əlavə olundu. 


Hansı ki, o səhifəni minlərlə igid gənclərimiz öz qanları ilə yazdı. 


Bu gün qanları, canları bahasına vətənini, torpağını, qeyrətini, şərəfini qoruyan, 30 illik utancımıza son qoyan, "TÜRK OĞLU" namını bir daha dünyaya görk edən qəhrəman oğullarımızın bizə yaşatdıqları "şanlı qələbə"yə gedən yola çıxdıqları gün, şəhidlərimizin il dönümü olaraq qeyd edilir. 

 

 


Torpaq - uğrunda ölən varsa vətəndir!


Bəli, bu gün torpağımızı VƏTƏN edən,  ölümü  gülərək qarşılayan, şəhid olmağı arzulayaraq, Şəhidlik zirvəsinə ucalan igidlərimizi hörmət və ehtiramla anırıq.


"Kanal.az14" redaksiyası olaraq, bütün xalqımıza və Şəhid ailələrinə, şəhid valideynlərinə, Şəhid övladlarına başsağlığı verir, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Qazilərimizə və  döyüşlərdə iştirak etmiş bütün igidlərimizə isə uzun, sağlam ömür arzulayırıq.

Amin.