Gündəm / Cəmiyyət / Foto

Culfada şəhidlərin xatirəsi anıldı - FOTO

Culfada şəhidlərin xatirəsi anıldı - FOTO

Şəhidi olmayan xalqın Vətəni olmaz.

Azərbaycan xalqının qəhrəman övladları da şəhidliyi hər zaman Vətənə olan sevginin təcəssümü olaraq görmüşlər. Qəlbi daim Vətən sevgisi ilə döyünən və bu amal uğrunda canından keçən igid oğullarımızdan biri də Kənan Vaqif oğlu Quliyevdir.

Kənan Quliyev 11 sentyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşdur. 1998-ci ildə Culfa şəhər Məhərrəm Əsgəroğlu adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi cəsurluq nümayiş etdirərək iştirak etmişdir. 22 oktyabr 2020-ci ildə Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə düşmənin qəfil gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur. Culfa şəhərində dəfn olunmuşdur.

Culfada şəhidlərin xatirəsi anıldı - FOTO


Culfada şəhidlərin xatirəsi anıldı - FOTO
Culfada şəhidlərin xatirəsi anıldı - FOTO

Culfada şəhidlərin xatirəsi anıldı - FOTO

Culfada şəhidlərin xatirəsi anıldı - FOTO


"DogruXeber.az" xəbər verir ki, ötən gün 2020-ci il oktyabrın 26-da çox sevdiyi Vətən torpağına qovuşan Kənanın anım günü mərasimi keçirilib.

Qeyd edək ki, eyni gündə 44 günlük Vətən müharibəsi dövründə zəfər salnaməmizin şərəfli səhifəsini yazan, torpaqlarımızın erməni işğalçılarından azad olunmasında mərdliyi, mübarizliyi, cəsurluğu ilə fərqlənən, ağır döyüşlərdə düşmənə qan udduran daha bir şəhidimiz Miryasin Mirqafar oğlu Seyidovun da anım günü qeyd edilib.

Miryasin Seyidov 23 dekabr 1998-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açmışdır. 2005–2016-cı illərdə Culfa rayon Əbrəqunus kənd tam orta məktəbində orta təhsil almışdır. Sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Miryasin Seyidov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Hadrutun azad edilməsi gedişatında Qırmızı Bazar qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 24 oktyabr 2020-ci ildə hərbi əməliyyatlarda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Culfada şəhidlərin xatirəsi anıldı - FOTO


Culfada şəhidlərin xatirəsi anıldı - FOTO

Culfada şəhidlərin xatirəsi anıldı - FOTO

Culfada şəhidlərin xatirəsi anıldı - FOTO


Ötən gün Culfada qeyd edilən hər iki anım tədbirində Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, digər şəhid ailələri və yerli sakinlər də iştirak edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

DogruXeber.az