Gündəm / Hadisə / Dünya

Pakistanda bazara hücum edildi - Ölən və yaralılar var

Pakistanda bazara hücum edildi - Ölən və yaralılar var

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində bazara hücum edilib. 

"Kanal14.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Terrorçu avtomobili Bannu bazarının təhlükəsizlik işçilərinin üzərinə sürüb. Nəticədə bir nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralananlardan 13 nəfəri hərbçidir. 

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.