Gündəm / Siyasət / Cəmiyyət / Dünya

Paşinyan Qarabağdan sonra "Abxaziya" məsələsini də həll etmək istəyir

Paşinyan Qarabağdan sonra

Özünü elan edən qondarma "Abxaziya" parlamentinin erməni deputatları Ermənistanın baş naziri Nikol Paşinyana cavab veriblər. 

"Kanal14.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Əvvəlcə qeyd edək ki, Paşinyan noyabrın 26-da etdiyi çıxışda Gürcüstanın birliyini və dövlətçiliyini tam və birmənalı şəkildə dəstəkləyib. Buna cavab olaraq Ə. Minosyan, G. Trapizonyan, E. Rştunu, L. Qalustyan bəyanatla Ermənistanın baş nazirinə cavab veriblər: "Qarabağdan sonra Paşinyanın son çıxışı şərhsiz qala bilərdi, lakin Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsi tezisi həddən artıq kinli səsləndi. Biz Paşinyanın bəyanatını Vətənimiz Abxaziya Respublikasına qarşı demarş kimi qiymətləndiririk. Cənab Paşinyana xatırladaq ki, Apsnidə 42 min müstəqil milliyyətə malik erməni vətəndaşı yaşayır, yerli əhali ana dilimizi öyrənmək, özünəməxsus adət-ənənələrimizi qoruyub saxlamaq üçün hər cür şərait yaradıb. Biz fəxrlə Abxaziyanı vətənimiz adlandırırıq.

Ermənistan təbii ki, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyə bilər. Lakin suveren Abxaziya respublikasının bununla heç bir əlaqəsi yoxdur. 30 ildir ki, çoxmillətli xalqımız öz dövlətini qurur. Paşinyandan fərqli olaraq, Abxaziyada xalqın seçimini şübhə altına alan və oğul və qızlarının qanı ilə fəth edilmiş ölkəni bir qələm zərbəsi ilə məhv edəcək elə siyasətçilər yoxdur".