Gündəm / Dünya

Erməni xəstəliyi bu dəfə RUSİYANI HƏDƏFƏ ALIB... - "...Dağıstan və Çeçenistan Böyük Ermənistanın tərkibində idi"

Erməni xəstəliyi bu dəfə RUSİYANI HƏDƏFƏ ALIB...
Sosial şəbəkələrdə Rusiyadakı erməni diasporunun nümayəndəsi Norayr Qriqoryanın ermənilərin ideologiyası ilə bağlı dərc etdiyi paylaşım rezonans doğurub.

Axar.az xəbər verir ki, Qriqoryan Feysbuk səhifəsində dərc etdiyi paylaşımda erməni xalqına müraciət edib:

"İndi bizim diasporumuzun əsas vəzifəsi paytaxtı Soçi və ya Adler şəhəri olan erməni muxtariyyətini əldə etməkdir. Bu ərazilər Ermənistanın tərkibinə daxil olacaq, sonradan isə Abxaziya da bizə birləşəcək. Abxaziya onsuz da demək olar ki, artıq bizimdir və bu "birləşmə” yalnız de-yure olacaq. Bundan sonra biz artıq "ana Ermənistan” ilə birləşmək üçün Gürcüstandan dəhliz tələb edəcəyik. Düzdür, bu torpaqlarda bir zamanlar çərkəzlərin yaşadığını heç kim ututmur. Amma ermənilər orada xeyli əvvəl yaşamışlar və bütün bu torpaqlar, eləcə də Dağıstan və Çeçenistan Böyük Ermənistanın tərkibində idi. Odur ki, biz sadəcə olaraq tarixi ədaləti bərpa edəcəyik. Rusiya diasporunda hər bir erməni bu məqsədə nail olmaq üçün çalışmalıdır”, - deyə Qriqoryan yazıb.

Erməni xəstəliyi bu dəfə RUSİYANI HƏDƏFƏ ALIB...