Gündəm / Siyasət / Dünya

Ermənistanın iştirakı olmadan KTMT-nin iclası keçirilir

Ermənistanın iştirakı olmadan KTMT-nin iclası keçirilir

Minskdə KTMT-nin 2 günlük sammiti başlayıb.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda xarici işlər, müdafiə nazirləri və Təhlükəsizlik Şurasının katiblərinin birgə iclası keçirilir. 

Noyabrın 24-də isə KTMT ölkələrinin liderlərinin görüşü baş tutacaq.

Bugünkü görüşdə regionun hərbi-siyasi vəziyyəti müzakirə olunur. Lakin Ermənistan tərəfindən heç bir rəsmi şəxs Belarusa getməyib və sessiyalarda iştirak etmir.