Türkiyə hüquq-mühafizə orqanları İstanbulda narkotik tacirinə qarşı "Kartel-2" əməliyyatı keçirib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Əməliyyat nəticəsində Xorvatiyanın İnterpol xətti ilə axtarışa qırmızı bülletenlə axtarışa verdiyi Nenad Petrak adlı narkobaron saxlanılıb.

Onun Cənubi Amerikadan əldə etdiyi narkotiki Avropaya daşıdığı məlum olub.