Gündəm / Hadisə

Azərbaycanın axtarışa verdiyi şəxs Ukraynada tutuldu

Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, "İnterpol” xətti ilə axtarışda olan 40 yaşlı Məmmədov Lətif Fərrux oğlu Ukraynada saxlanılıb.

O, Azərbaycana ekstradisiya olunacaq.

Qeyd edək ki, L.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olub.