Gündəm / Hadisə / Dünya

Tokioda avtomobil İsrail səfirliyinin hasarına çırpılıb - Yaralanan var

Tokioda avtomobil İsrail səfirliyinin hasarına çırpılıb - Yaralanan var

Səhər saatlarında avtomobil İsrailin Yaponiyadakı səfirliyinin girişində barrikadaya çırpılıb, diplomatik nümayəndəliyi qoruyan polis yaralanıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb. 

Polis sağçı siyasi qruplaşmanın üzvü olan təxminən 50 yaşlı sürücünü saxlayıb. O, hüquq-mühafizə orqanları əməkdaşlarına xidməti vəzifələrinin icrasına mane olmaqda ittiham olunur.

Səfirlik və hüquq-mühafizə orqanları məsələnin Tokio polisi tərəfindən araşdırıldığını bildiriblər. Tərəflərdən heç biri insidentin təfərrüatlarını şərh etməyib.