"Kanal14.az" bu barədə NDTV hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən xəbər verir.

Çərşənbə axşamı axşam sosial şəbəkələrdə bir qrup insanın İsrail bayrağını tapdaladığını əks etdirən video yayılıb.

Yerli polisin sözçüsünə görə, hadisədə iştirak etdiyi iddia edilən dörd şübhəli ertəsi gün saxlanılıb.

Digər hüquq-mühafizə orqanı rəsmisi qeyd edib ki, Mumbay polisi Fələstin-İsrail münaqişəsinin şiddətlənməsi ilə bağlı sosial medianı qızışdıran və ya etiraz edən məzmuna görə fəal şəkildə izləyir.

Bundan əvvəl BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirmişdi ki, BMT Qəzzada Əl-Əhli tibb müəssisəsinə edilən hücumla bağlı araşdırma aparmaq niyyətindədir.