ABŞ-ın Azəraycandakı səfirliyi Los-Anceles hadisələri barədə bəyanat yaydı
ABŞ-ın Bakıdakı səfirliyi iyulun 21-də Los-Anceles şəhərində ermənilərin azərbaycanlılara hücumları ilə bağlı açıqlama yayıb.
Kanal14.az bildirir ki, bu barədə Oxu.Az-a səfirlikdən daxil olan məlumatda bildirilib.
"ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq-mühafizə orqanları ilə birlikdə çalışır”, - deyə, səfirlik bəyan edib.
Qeyd olunub ki, söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur:
"Lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görəcək. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”.