Gündəm / Cəmiyyət / İdman

Şəhid polkovnikin oğlundan Dünya Olimpiadasında qələbə

Şəhid polkovnikin oğlundan Dünya Olimpiadasında qələbə

Dünya Robot Olimpiadasında Azərbaycan komandası uğura imza atıb. 

"Kanal14.az" xəbər verir ki, bu barədə "Azərbaycan universitetləri" feysbukda paylaşım edib.

Zaqataladan olan "Village Boys" (Kəndli oğlanlar) komandası dünya çempionluğunu cəmi 1.9 xalla qaçıraraq 84 ölkəni geridə qoyub və dünya ikincisi olaraq gümüş medal qazanıb. 

Komandanın üç üzvündən biri Hacı Hacıyev Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərən şəhid polkovnik-leytenant Abakar Hacıyevin oğludur. Hacı Zaqatala rayon, Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdidir.