"Kanal14.az" xəbər verir ki, qrup mərhələsinin ilk turunda ABŞ yığması Uels komandası ilə qarşılaşıb və minimal hesablı qələbə qazanıb.

Fransa "Lill"inin 22 yaşlı hücumçusu 36-cı dəqiqədə fərqlənib.

Timoti 1995-ci ildə "Qızıl top”u qazanan keçmiş futbolçu və Liberiyanın hazırkı prezidenti Corc Veanın oğludur.

Bu qol ABŞ komandası üçün son səkkiz ildə dünya çempionatında ilk idi.