Gündəm / Siyasət

Ermənistan prezidenti Zəngəzura gedəcək

Ermənistan prezidenti Zəngəzura gedəcək

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Zəngəzura üç günlük səfərə yola düşəcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Hraparak” nəşri məlumat yayıb.

Bildirilir ki, o, regionun bütün əsas icmalarına baş çəkəcək, regional hakimiyyət nümayəndələri və icma liderləri ilə görüşəcək.

"Şənbə günü isə ölkənin baş naziri Nikol Paşinyan Sünikdə (Zəngəzur - red.) olub, patrul zabitlərinə baş çəkib. Maraqlıdır ki, Xaçaturyan 2 il əvvəl - 2021-ci ildə yenidən Paşinyanın səfərindən dərhal sonra Sünikdə olmuşdu", - KİV qeyd edib.