Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük rəsmi səfərə gəlib.

"Kanal14.az" erməni KİV-lərinə  istinafən xəbər verir ki, hava limanında Paşinyanı  Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolunun rəhbəri İqor Boqdaş qarşılayıblar.

Bildirilir ki, səfər çərçivəsində baş nazir Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İki ölkə liderləri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər. 

Aprelin 20-də Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək.

Nikol Paşinyanın Nijni Novqoroda da səfəri planlaşdırılır.