Gündəm / İqtisadiyyat / Cəmiyyət

Şəki Rayon Mərkəzi Xəstəxanası mətbəə ləvəzimatları satan şirkətdən qazan və blender alır - 20 min manatlıq…

Şəki Rayon Mərkəzi Xəstəxanası mətbəə ləvəzimatları satan şirkətdən qazan və blender alır - 20 min manatlıq…

Şəki Rayon Mərkəzi Xəstəxanası Mətbəx və digər malların alınması ilə bağlı elan etdiyi tenderin qalibi "SİRKON" MMC ilə müqavilə imzalayıb.

"Kanal14.az" 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 19.564 AZN-dir.

Müqaviləyə əsasən xəstəxana Soğan doğrayan blender, Göyərti doğrayan blender, Tava böyük ölçülü, Elektrik sobası ücün daş, tas, qazan və.s ilə tğmin olunmalıdır.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Sirkon" MMC-nin qanuni təmsilçisi Şahin Yunusov Şamil oğludur.
Mətbuatda gedğn məlumata görə, 2019-cu ildə "Sirkon" MMC Şəki Regional Mədəniyyət İdarəsinə məxsus Təsərrüfat malları, Mətbəə xərcləri tenderində qalib olub.

Xatırladaq ki, xəstəxananın direktoru vəzifəsi 2022-i ilin avqust ayında Əliyev Məcid Abduləli oğluna həvalə olunub.