Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

"Muğan Bank"dakı lombard kreditlərinin taleyi necə olacaq?


"Muğan Bank"ın lisenziyasının ləvğ edilməsi vətəndaşlar arasında böyük narahatlıq yaradıb. Bu bankda pulu və lombard krediti olanlar təşviş içindədir.

Bəs, bankda qalan lombard kreditlərinin taleyi necə olacaq?

"Kanal14.az"ın məlumatına görə, Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Muğan Bank"da lombard krediti olanlar borcunu ödəyib, girovunu götürə biləcəklər.

Vəkilin sözlərinə görə, "Muğan Bank"da lombard krediti olan vətəndaşların sayı az deyil:

"Kreditləri kim götürübsə, vaxtı çatanda, yaxud da elə bu günlərdə girov qoyduğu qızılı və digər əyşanı götürə bilər".