Gündəm / İqtisadiyyat / Təhsil

"Söyüdlü arx"ın Nuriyyəsi Yardımlının ucqar kəndi Separadidə

"Söyüdlü arx"ın Nuriyyəsi Yardımlının ucqar kəndi Separadidə

 "Dünyanı  nizama peşəkar salar,

 Hər nizam peşədən,hünərdən olar"

Ə.Marağalı bu beyiti yazmaqla insanların öz işlərini,peşələrini dərindən bilməyi ,əsl peşəkar olmağı nəzərdə tutur.Hansı sənət,hansı peşə sahibi olursan ol ,əsl peşəkar olmaq üçün hökmən gərək işini sevəsən.İşin çətinliyindən qorxmayasan.qorxunu səni inkişaf etdirən amilə çevirib,öz  işindən zövq alasan.Elə bizim Yardımlı rayonunun ucqar kəndinə təyinatla gəlmiş dil-ədəbiyyat müəllimi Simuzər Hüseynova kimi.Məktəbə gəldiyi ilk gündən müəllim kollektivinin dərin hörmətin qazanıb,şagirdlərin sevimli müəlliminə çevrilib.Şagirdlərinə Azərbaycan dilinin sirlərini sevə-sevə öyrədir.Şagirdlərini  milli şüur , vətən məhəbbəti,bayraq sevgisi ilə gələcəyə hazırlayır.S.Hüseynova şagirdlərlə işləməkdən yorulmur ,sanki istirahət ehtiyacını məktəbdə elm  öyrətməklə qarşılayır. Simuzər müəlliməni görəndə adam düşünür , sanki ,müəllimə bir  ay, yox illərdi məktəbimizdə işləyir,kəndimizdə yaşayır.Artıq müəllimə kəndimizdə gəlmə müəllim kimi yox,kəndin doğma sakini kimi yaşayır.

   Məktəbdə dərs deməklə yanaşı ,kənd həyatında bir kənd sakinin gördüyü kənd işlərini də sevir və həvəslə görür.  Məktəbdə dərsi bitdikdən sonra birdə görürsən ki,palçıqlı yollarda rezin çəkmələrini geyinib ,əlində su qabı ilə bulağa gedir.Hətta, kirayə qaldığı evin həyətində özü üçün tərəvəz(keşniş,vəzəri )əkib- becərir.Bir sözlə ,kəndlinin görəcə biləcəyi işləri həvəslə, bir o qədər də layiqincə yerinə yetirir. 

  Simuzər müəllimin simasında Azərbaycanın böyük yazıçısı İ.Əfəndiyevin "Söyüdlü arx"əsərindəki Nuriyyə xanımı görürük.Nuriyyə də təyinatla kəndə işləməyə gəlir və tez bir zamanda işlədiyi kənddə hörmət qazanır ,öz vəzifəsini layiqincə  yerinə yetirdiyi üçün  tez bir zamanda özünü kənd  camaatına sevdirə bilir.
 

"Söyüdlü arx"ın Nuriyyəsi Yardımlının ucqar kəndi Separadidə

 


Simuzər müəllimənin ixtisası dil və ədəbiyyat müəllimidir, deyə, sanki,oxuduğu bədii əsərlərin müsbət obrazlı qəhramanlarının reallığdakı  təccəssümünü özündə əks etdirir, və idealına çevirir. Simuzər müəllimə də  kənd məktəblərində oxuyan neçə -neçə qız uşaqların idealına çevrilib artıq.Məktəbdə oxuyan qız uşaqlarına sual verəndə -"sən böyüyəndə kim olacaqsan?"
Şagirdlərdə cavabında:

"-Simuzər müəllim kimi ,müəllim olacayıq "-deyirlər.
   Simuzər müəllimənin kəndə gəlişi ilahi qismət ola gərək ki, gəlişi ilə neçə -neçə qız övladının təhsil almasına, gələcəyini işıqlandırmasına yardımçı   olacaq. Bir sözlə ,Simuzər müəllimə  şagirdlərinin qəhrəmanına çevrilib, onlar üçün ideal rolunu oynayır.
  Simuzər müəlliməyə işlərində uğurlar,yeni -yeni naliyyətlər arzu edirik. İstəyirik ki, şagirdlərinin gələcək yolunu nece işıqlandırırsa,Uca Tanrı da onun yollarını eynən işıqlandırsın.