Gündəm / Hadisə / Dünya

HƏMAS-ın hücumu nəticəsində xəsarət alan israillilərin sayı artıb

HƏMAS-ın hücumu nəticəsində xəsarət alan israillilərin sayı artıb

"The Times of Israel” qəzetinin Səhiyyə Nazirliyinin məlumatlarına istinadən dərc etdiyi məlumata görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi zamanı zərər çəkən İsrail sakinlərinin sayı 2 315 nəfərə çatıb.

"Kanal14.az" xarici mətbuata istinadən xəbər verir ki, ölən İsrail sakinlərinin sayı 700 nəfəri keçib. Hakimiyyət ölənlərin sayının artmaqda davam edəcəyinə əmindir.

Nəşr qeyd edir ki, zərərçəkənlərdən 23 nəfərin vəziyyəti ağır, 340 nəfərin vəziyyəti son dərəcə ağır, 449 nəfərin vəziyyəti isə orta ağırdır.