Gündəm / Cəmiyyət / Təhsil

Abşeronda təhsil sisteminə ƏL GƏZDİRİLMƏLİDİR...

Abşeronda təhsil sisteminə ƏL GƏZDİRİLMƏLİDİR...

Kanal14.az: - Masazırda 4 saylı orta məktəbdə 4-cü sinif şagirdləri axşam saat 19.30-da dərsdən çıxır. Aşağı siniflər üçün belə bir qrafikin təyin olunması valideyn və uşaqların etirazına səbəb olub.

Bakupost.az -a açıqlama verən valideynlərdən biri - Gunay M. övladını 8-in yarısı məktəbdən götürdüyün, evə çatdıqda isə uşağın yatmaq vaxtı olduğundan narazalıq edib.

O, 4-cü siniflər üçün dərsin saat 15.30-da başladığını bildirib:

"Valideynlər uşağın rejimini tənzimləyə bilmir. Bütün uşaqlar evdə yatanda 4-cü siniflər məktəbdən evə qayıdır. Azyaşlı uşaq məktəbdən saat 8-də gəlməlidir? Bu harda yazılıb?

O biri qızım başqa məktəbdə oxuyur və evə tez gəlir. 4 saylıda oxuyan körpə uşaqdır, evə gəlib yeyib yatmaq istəyir. Hamı bilir ki, saat 9-10 uşaqlar artıq yatmalıdır. Biz gecə 12-yə kimi ağlaya-ağlaya dərs edirik. O saatda dərs qavranılmır. Səhər mən işə getməliyəm, uşaq 3-ə kimi özbaşına qalır, camaat işdən, dərsdən evə qayıdanda bunlar məktəbə gedir. Neçə dəfə etiraz etmişik, xeyri yoxdur. Direktora söz demək olmur. Bu məktəbdə direktor da, müəllimlər də tez-tez dəyişir. Bu vaxta kimi 4 müəllim dəyişib. Sinif rəhbərləri hər il dəyişir. Müəllimlər 1 ay bir məktəbdə qalmır, hərə bir bəhanə ilə yerini dəyişir”.