Gündəm

5 yaşlı iki uşaq 45 dərəcə şaxtada məktəbdən qaçdı — FOTOLAR

http://olke.az/uploads/1548392597/ev.jpg
 
Rusiyanın Yakutiya bölgəsində maraqlı hadisə baş verib.

5 yaşlı iki uşaq mənfi 45 dərəcə şaxtada məktəbdən qaçmaq qərarına gəlib. Dondurucu soyuqda yolu itirən iki körpə son anda xilas edilib.

Körpələrin məqsədi analarına sürpriz etmək olub. Əlcəkləri olmadan məktəbi tərk edən körpələrin görüntüsü təhlükəsiz kameralarına düşüb.

Uşaqlardan biri xəstəxanada müalicə olunur. Lenanın anası Yevdokiya Kutukova "Üç barmağı donub. Dayanmadan ağlayır. Uşaqlar hələ də şokdadırlar” deyib.

Uşaqlar Namtsıdakı məktəbdən qaçıblar. Yevdokiya məktəbə gəlib Lenanın gödəkçəsini asılqanda görməyəndə onların qaçdığını başa düşüb. İşçilərə xəbər verən ana qızının ən yaxın dostunun da məktəbdə olmadığını öyrənib. Sonra isə o, qızının dostunun da ailəsinə xəbər verib.

 

Lenanın babası isə zəng edərək nəvəsinin ağlayaraq evə gəldiyini bildirib. Lenanın atası isə yoldan keçən bir uşağa isti paltar verdiyini, əlcəklərinin olmadığını deyib.

Kənddəki evinə dönərkən qaranlıq çökdüyü üçün yolu itirən digər 5 yaşlı körpə başqa bir evə sığınıb və 1 saat sonra tapılıb.