Gündəm / Dünya

"Baykar" Ukraynada zavodun tikintisinə 100 milyon dollar sərmayə qoyub


Türkiyədəki səfir Vasili Bodnar ötən ilin avqustunda "Baykar"ın Ukraynada Bayraktar hücum pilotsuz təyyarələri istehsal edəcək zavod tikəcəyini bildirmişdi.

"Kanal14.az" xəbər verir ki, Türkiyənin "Baykar" şirkəti Ukraynada İHA istehsalı zavodunun tikintisinə təxminən 100 milyon dollar sərmayə qoyur. Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən beynəlxalq müdafiə sənayesi forumunda bildirib.

"Biz təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırırıq və proses artıq başlayıb. Artıq tikintiyə start verilib. Tamamlanması təxminən 1,5 il çəkəcək", - Bayraktar bildirib.

Qeyd edək ki, Türkiyədəki səfir Vasili Bodnar ötən ilin avqustunda Baykar şirkətinin Ukraynada Bayraktar hücum dronlarının istehsalı üçün zavod tikəcəyini və bunun üçün artıq torpaq sahəsi aldığını bildirmişdi.