Gündəm / Dünya

Türkiyə gəmilərə eniş edə bilən pilotsuz təyyarə təqdim edəcək

Türkiyə gəmilərə eniş edə bilən pilotsuz təyyarə təqdim edəcək

"Kanal14.az" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə aprelin sonunda qısa uçuş-enmə zolağına malik gəmilərə qalxıb-eniş edə bilən dünyanın ilk pilotsuz uçuş aparatını təqdim edəcək.

"Türkiyənin "Baykar” şirkəti ilk dəfə ən son "Bayraktar TB3” zərbə PUA-nı aprelin 27-dən mayın 1-dək İstanbulun Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST-2023 aviasiya və kosmik texnologiya festivalında təqdim edəcək. TB3 SİHA zərbə pilotsuz təyyarəsi bu il sınaq uçuşlarına başlayacaq”, - deyə agentlik bildirir.

"Baykar Makina”nın texniki direktoru Səlcuq Bayraktar və baş direktoru Haluk Bayraktarın daha əvvəl prezident Rəcəb Tayyib Ərdoğana şirkətin layihələri barədə məlumat verdiyi bildirilir.

Kanal14.az
Samirə Əsgərova