Gündəm / Siyasət

"Küçədən gələn müxbir Ermənistanı fırladır" - Eks-nazir


"Ermənistanın baş naziri dünənki çıxışında "Artsax"la bağlı bir kəlmə belə rəğbət ifadə etmədi. O, qurbanlara bir kəlmə də olsun başsağlığı vermədi. O, sülhə getməkdən və başqa şeylərdən danışırdı". 

"Kanal14.az" xəbər verir ki, bu barədə Milli Assambleyanın Ermənistan fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan yerli KİV-ə açıqlamasında deyib.  

"Küçədən gələn keçmiş müxbirin hakimiyyətə gəlib bu ölkəni, bu xalqı istədiyi kimi fırlatmasına daim dözmək olmaz. Bunun sadəcə qəbuledilməz olduğunu başa düşmək lazımdır. Xalq ayağa qalxıb həmin şəxsi hakimiyyətdən uzaqlaşdırmalıdır. Qoy, xalq öz hökumətini seçsin, amma Ermənistan və "Artsax"a böyük daş atan bu hökuməti yox", - o əlavə edib.