Gündəm / Cəmiyyət

"Tam qələbə üçün bir şey qalmayıb, şad xəbərlər bizi gözləyir" - Polkovnik

"Tam qələbə üçün bir şey qalmayıb, şad xəbərlər bizi gözləyir" - Polkovnik
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Bu, 25-30 il bundan qabaq olan xalq deyil. Xalq ayağa qalxıb və artıq oturmaq istəmir. Tam qələbəyə qədər bu davam edəcək. Tam qələbə üçün də, bir şey qalmayıb".

Kanal14.az bildirir ki, bunu Milli.Az-a açıqlamasında ehtiyyatda olan polkovnik Məhərrəm Cahangirov deyib. Polkovnik bildirib ki, Azərbaycan xalqı ayağa qalxıb və artıq oturmaq istəmir, tam qələbəyə qədər bu davam edəcək:

"Ermənistan ordusu bilmir hara gizlənsin, cəbhə bölgəsindən necə qaçsın. Nikol Paşinyan nə qoşunlarını idarə edə bilir, nə də ordu rəhbərliyi qalıb. Onlarda vəziyyət çox gərgindir. Ona görə, xaotik, axırıncı nəfəslərində can verə-verə düşünürlər ki, nəsə edələr, Azərbaycan xalqında panika yaradalar. Amma bu xalq həmin xalq deyil.

Düşmənin bel sütunu sınıb, artıq başqa bir əlacları da yoxdur. İndi Ermənistan höküməti hansı qərara gələcəksə, o artıq üçüncü söhbətdir. Amma qələbə artıq bizimdir, bunu bütün dünya təsdiq edir. Döyüşlərin gedişatı bunu bir daha təsdiq edəcək. Yaxın günlərdə yenidən şad xəbərlər bizi gözləyir.

28 il hazırlanan müdafiə mövqelərini, istehkam qurğularını əgər Azərbaycan ordusu bir neçə gün ərzində dağıdıb, parçalayıb, müdafiəsini yarıb, dərinliyinə irəliləyibsə və bunu artıq dövləti idarə edə bilməyən baş naizləri Nikol Paşinyan etiraf edirsə, deməli bu məğlubiyyət deməkdir."