Gündəm / Siyasət / Dünya

Ermənistanın keçmiş müdafiə nazirləri Moskvada - NƏ BAŞ VERİR?

Ermənistanın keçmiş müdafiə nazirləri Moskvada - NƏ BAŞ VERİR?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ermənistanın keçmiş müdafiə nazirləri ilə bağlı diqqətçəkən vəziyyət yaranıb. Məsələ burasındadır ki, maraqlı təsadüf nəticəsində işdən çıxarılandan sonra bütün nazirlər Rusiya Federasiyasının paytaxtında "təcrid” vəziyyətinə düşüblər. DİA.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd” nəşri yazıb.

Nəşrin yazdıqlarına görə, keçmiş müdafiə naziri Mikael Arutyunyan uzun müddətdir Rusiyada yaşayır və hətta onun Rusiya vətəndaşı olduğu üzə çıxıb.

Eks-nazir Arşak Karapetyan da Moskvaya gedib.

İddialara görə, digər eks-müdafiə naziri Vaqarşak Arutyunyanın da Moskvada fərqli statusu var. O, yanvarın 5-də Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Məlum olur ki, müdafiə nazirləri azadlığa çıxandan sonra Rusiyada məskən salırlar.