Dünya

Ermənistanın keçmiş müdafiə naziri beynəlxalq axtarışa verildi

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan beynəlxalq axtarışa verilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan mətbuatının  məlumatına görə, bunu ölkə polisinin rəhbəri Valeri Osipyan mətbuat konfransında deyib.

 

Keçmiş nazir 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə əlaqədar etiraz aksiyaları zamanı zorakılıq törətməkdə ittiham olunur.

Xatırladaq ki o, iyul ayının əvvəllərində ölkədaxili axtarışa verilmişdi