Gündəm / Siyasət / Dünya

Zelenski BMT Baş Assambleyasında çıxış etdi: “Şeytana güvənmək olmaz”

Zelenski BMT Baş Assambleyasında çıxış etdi:

Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı bütün dünyanı Rusiyanın ölkəsinə qarşı təcavüzünə son qoymaq üçün birləşməyə çağırıb. Zelenski çıxışında Rusiyanı "şeytan” adlandırıb və "Şeytana güvənmək olmaz” deyib.

"Kanal14.az" Gununsesi.info-ya istinadən xəbər verir ki, Vladimir Zelenski Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzünə başladıqdan sonra ilk dəfə Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edib.

Zelenski çıxışında deyib ki, nüvə silahına malik olan Rusiya dayandırılmalıdır, əks halda Moskva dünyanı "son müharibəyə itələyəcək”.

Rusiyanın "nüvə silahına sahib olmaq hüququ olmamalıdır” deyən Zelenski bildirib ki, "Silahlanma məhdudlaşdırılmalı, hərbi cinayətlər cəzalandırılmalı, deportasiya edilmiş insanlar öz evlərinə qayıtmalı, işğalçı isə öz torpaqlarına qayıtmalıdır”.

Zelenski bildirib ki, Rusiya qidadan tutmuş enerjiyə qədər hər şeydən silah kimi istifadə edir.

Ukrayna lideri həmçinin Moskvanı ukraynalı uşaqları qaçıraraq "soyqırım törətməkdə” ittiham edib.

Mart ayında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqları ölkədən qanunsuz çıxarmaqda şübhəli bilinərək həbsinə order verib.