Gündəm / Dünya

"Ukraynada 4 AES-in hamısı müharibə səbəbindən təhlükə altındadır" - Zelenski

"Ukraynada 4 AES-in hamısı müharibə səbəbindən təhlükə altındadır" - Zelenski

 

Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra onların Çernobıl torpağına hansı ziyanı vurduğunu araşdırmaq üçün illər lazım olacaq.

Kanal14.az  xəbər verir ki, bunu Yaponiya parlamentində çıxışı zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Bu gün Ukraynada dörd  atom elektrik stansiyası fəaliyyət göstərir - bunlar 15 nüvə blokundan ibarətdir və onların hamısı Rusiyanın hərbi təcavüzü səbəbindən təhlükə altındadır.

O qeyd edib ki, Rusiya Ukraynanın müdafiə qüvvələrinə qarşı yeni hücumlar hazırlamaq üçün Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığındakı qapalı zonadan istifadə edir.

Zelenski Yaponiyaya Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra köməyə gəldiyinə görə təşəkkür edib.