Gündəm / Dünya

"Rusiyaya enerjinin silah olmadığını göstərmək lazımdır" - Zelenski

"Rusiyaya enerjinin silah olmadığını göstərmək lazımdır" - Zelenski

 

Ukrayna prezidenti Vladimir Zelenski "Yeni Era üçün Transformasiya” mövzusu ilə keçirilən Doha Forum 2022-də canlı əlaqə ilə bağlı çıxış edib.

Kanal14.az xəbər verir ki, Qətər əmiri Şeyx Təmim bin Hamed Al Saninin də iştirak etdiyi konfrans iştirakçılarına müraciət edən Zelenski, "21-ci əsrdə ədaləti yerinə yetirməyə çalışırıq, lakin hələ 31 gündür ki, ədaləti təmin edə bilmirik. Rusiyanın Ukraynaya hücumu qarşısında müdafiəmiz davam edir, xalqımızla birlikdə: Biz sülh bağlamağa çalışırıq”, -  deyib.  

Zelenski, Qətər kimi təbii qaz və neft ixrac edən ölkələrin dünyanın enerji baxımından Rusiyaya ehtiyacı olmadığını göstərməlidir deyərək, "Qətər hasilatını artırmalı,  lazımi tələbatı ödəməli və Rusiyaya enerjinin silah olmadığını göstərməlidir", - ifadə edib.  

Rusiyanın nüvə silahı ilə bağlı açıqlamasını xatırladan Zelenski, "Rusiya nüvə silahından istifadə etməklə təhdid edir. Əgər belə edərsə, təkcə bir ölkəyə deyil, bütün bəşəriyyətə qarşı olacaq", - deyə xəbərdarlıq edib.