Gündəm / Siyasət / Dünya

Paşinyan Moskvanın narahatlığına belə cavab verdi

Paşinyan Moskvanın narahatlığına belə cavab verdi

 Ermənistan-ABŞ hərbi təlimləri ilk dəfə deyil ki, keçirilir.

"Kanal14.az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib. 

Xatırladaq ki, Moskva bazar ertəsi başlayan təlimlərlə bağlı yayılan məlumatlara narahatlıqla reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu xəbər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur. O əlavə edib ki, Rusiya tərəfi bu xəbəri dərindən təhlil edəcək və vəziyyəti izləyəcək. Peskovun sözlərinə görə, Ermənistanla ABŞ arasında təlimlərin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir.